Misir Mərdanovun qardaşı rəis təyin edildi

14 Fevral 2014 19:22 (UTC+04:00)
Keçmiş təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrilə Şabran Rayon Polis Şöbəsinin rəisi təyin edilib.  ANS PRESS-in verdiyi məlumata görə, polis polkovniki Əli Mərdanov bu vəzifəyədək Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin rəisi işləyib.
Xatırladaq ki, Misir Mərdanovun digər qardaşı İlham Mərdanov da Rabitə və Texnologiyaları Nazirliyində aparat rəhbərinin müavini vəzifəsində çalışır.