Radikal dini cərəyanlara qarşı müvafiq tədbirlər görüləcək
14 Fevral 2014 20:09 (UTC+04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün dindarları
toplayaraq 2014-cü ildəki fəaliyyət istiqamətlərini müzakirə
ediblər. Komitə bu il fəaliyyətini əsasən 6 istiqamətə yönəltməyi
düşünür. Bura əsasən DİN-dövlət münasibətlərinin tənzimlənməsi,
radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin
həyata keçirilməsi, Dini İcmaların cəmiyyətə inteqrasiyasının təmin
edilməsi və digər fəaliyyətlər daxildir. İclasda, Qafqaz
Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə, Rus
Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri
Aleksandr İşein və digər dini icma rəhbərləri iştirak ediblər.
İclasın sonunda komitənin yeni loqosu təqdim olunub. 8 güşədən
ibarət olan loqo müxtəlif dini icmaların tolerantlığını özündə
ehtiva edir.