Meksikada partizan müharibəsi

8 İyun 2012 18:42 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Meksikanın Tamaulipas əyalətindəki bir yük maşınında 14 nəfərin cəsədi tapılıb. Rəsmilər polis məmurunun Ciudad Mante şəhərində səhv yerə park edilmiş yük maşınında etdiyi axtarış nəticəsində 14 nəfərə aid parçalanmış cəsədlər tapıb. Cəsətlərin 3-ü qadın, 11-i isə kişi cəsədi olub. Polis cinayəti narkotik şəbəkələrinin etdiyini düşünür.

Əfqanə Məzahirqızı