Qandallı doğum işgəncəsi

15 Fevral 2014 10:11 (UTC+04:00)
 Movqe.Az xəbər verir ki, Misirdə çevriliş əleyhdarı nümayişlərə qatılan 19 yaşındakı Dehab Abdulhamid adlı hamilə qadın, əlləri qandallı vəziyyətdə doğum etmək məcburiyyətində qalıb. Xəstəxana yatağında belə qandallarının çıxarılmasına icazə verilməyən Abdulhamidin sağlam bir şəkildə dünyaya gələn qızına Azadlıq adı verilib. Fotoşəkilin sosial mediada yerləşdirilməsiylə, çevriliş rəhbərliyinə olan qəzəb daha da artıb.