93 həkim imtahandan kəsildi

15 Fevral 2014 15:35 (UTC+04:00)
Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirilən növbəti imtahana qatılan 181 həkimin 88-i yaxşı nəticə toplaya bilib. Movqe.az xəbər verir ki, nazirlikdən verilən məlumatda deyilir ki, həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin qiymətləndirməsinə əsasən 181 həkimdən 88-i müsahibə mərhələsində yaxşı nəticə toplaya bilib, 93-ü isə suallara cavab verə bilməyib.
Qeyd edək ki, ötən imtahanda sənəd vermiş 195 həkimdən yalnız 57 nəfəri imtahandan yaxşı nəticələr göstərmişdi.