Qadağan olunmuş kitablar satışda
15 Fevral 2014 16:03 (UTC+04:00)
Paytaxt ərazisindəki iki mağazadan qanunla qadağan
olunmuş dini təyinatlı ədəbiyyat və elektron daşıyıcılar müsadirə
olunub. Movqe.az DİN-in saytına istinadən xəbər verir ki,
Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının
birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
Kazımzadə küçəsində Ucar rayon sakini Revanur Albukayra məxsus
mağazadan qanunla qadağan olunmuş 40 ədəd dini təyinatlı ədəbiyyat,
habelə 10 ədəd CD və DVD disklər, N.Hacıyev küçəsində Oğuz rayon
sakini Arzuman Piriyevə məxsus mağazadan isə 19 ədəd dini təyinatlı
DVD aşkar edilərək götürülüb.