Ronaldodan qeyri-adi rekord
15 Fevral 2014 20:51 (UTC+04:00)
"Real" Madridin və dünyanın ən yaxşı futbolçularından olan
Kriştiyano Ronaldo unikal bir rekordun sahibi olub.
Movqe.az xəbər verir ki, Kriştiyano "Atletiko"Madridin qapısına
7-ci dəqiqədə vurduğu qoldan sonra qol vura bilmədiyi dəqiqə
qalmayıb. Ronaldo bununla da oyunun hər dədiqəsində qol vurmuş
futbolçu kimi tarixə düşüb. O, "Atletiko" ilə kral kubokunun
matçına qədər sadəcə olaraq 7-ci dəqiqədə fərqlənə bilməmişdi.
Həmin oyunun 7-ci dəqiqəsində vurduğu qol onun rekordunu
rəsmiləşdirən amil olub. Ronaldonun ən böyük rəqibi Lionel Messinin
bu sahədə portuqaliyalı futbolçuya çatması üçün çox çalışması
lazımdır. Belə ki, Messi gərək 1,2,10,15,46 və 69-cu dəqiqələrdə
rəqib qapısından qollar keçirisin.