Türk yazıçısı erməni qəzetinə məktub göndərib
15 Fevral 2014 20:57 (UTC+04:00)
Türkiyənin məşhur yazıçısı Ayşe Kulin İstanbulda nəşr edilən "Akos"
erməni qəzetinə məktub göndərib. Movqe.az Ermənistan mətbuatına
istinadən verdiyi məlumata görə, bu informasiyanı "Akos" qəzeti
yayıb. Xatırladaq ki, yazıçı Ayşe Kulin CNNTürk telekanalında
1915-ci il "erməni soyqırımını" inkar edərək bildirib ki, ermənilər
həmin dövrdə sakit durmadığına görə onları məhv elədik. Yazıçı öz
məktubunda yazıb ki, Osmanlı imperiyası zamanı türklərlə ermənilər
müharibə şəraitində yaşayırdılar və təbii ki, istənilən müharibədə
hər iki tərəfdən insan tələfatı olmalı idi. İstanbulda nəşr edilən
"Akos" erməni qəzeti isə türk yazıçısının bu məktubunu "üzr
istəyib" başlığı ilə bütün dünyaya yayıb. Əslində isə Ayşe Kulin
ermənilərə bir daha demək istəyib ki, 1915-ci ildə ermənilərin
qırılması onların dinc durmamaları ilə əlaqədardır. Ermənilərə
məxsus change.org saytı isə türk yazıçısına qarşı petisiya
hazırlayıb və bəyan edib ki, bundan sonra Ayşenin kitablarını
oxumayın.