Ban-Gi-Mun: “Suriyada vətəndaş müharibəsinin yayılması an məsələsidir”

8 İyun 2012 19:03 (UTC+04:00)

Movqe.az saytı xəbər verir ki, Suriyadan qətliam xəbərləri gəlməyə davam edir. Son məlumatlarda Humus yaxınlığındakı Telbisa şəhərinin bombardmana tutulduğu, bölgə sakinlərinin canını qurtarmaq üçün qaçmağa çalışdığı bildirilib.

Ölkədə axan qan dayanmadığı bir vaxtda, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin Suriya konfransı sona çatıb. Danışıqların sonunda beynəlxalq cəmiyyət, Suriya hökumətindən Annan planının tam şəkildə tətbiqini istəyib.

Yığıncaqda BMT-in Baş katibi Ban Ki-Moon da çıxış edib. Moon: "Suriyada davam edən vətəndaş müharibəsinin ölkəyə yayılması an məsələsidir" - deyib.

BMT və Ərəb Birliyinin Suriyada xüsusi nümayəndəsi Kofi Annan isə 6 maddəlik planın gerçəkləşməsini ifadə edərək, şiddətin artdığını və Suriya qonşularının da böhranın yayılmasından narahat olduğunu dilə gətirib.

Yığıncaqda söz alanlardan biri də Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vitali Çurkin olub. Çurkin, Annan Planının böyük ölçüdə işləmədiyini, bunun yerinə sanksiyanın tətbiqinin isə problemi çözmeyeceğini söyləyib. Çurkin, "Suriyadakı problem siyasi olaraq çözülmelidir''- şəklində danışıb. 

Digər tərəfdən, Suriya Dövlət Başçısı Bəşər Əsəd ilə Rusiya prezidenti Vladimir Putinə, New Yorkdakı Birləşmiş Millətlər Təşkilatının binası önündə etiraz edilib.