Yuxu pozğunluğu ömrü 7 il qisaldır

16 Fevral 2014 21:03 (UTC+04:00)

Alimlər yuxusuzluqla artıq yatmağın insana eyni dərəcədə zərər verdiyini müəyyənləşdiriblər.


İnsan yuxusuzluqdan əziyyət çəkirsə, yaxud lazım olandan artıq yatırsa, onun xarici görünüşünün korlanması ilə yanaşı, beyni də qocalır. 


Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni düz 7 il tez qocalır.


Tədqiqatlar göstərib ki, qadınların 25, kişilərin isə 18%-i yuxu pozğunluğu üzündən zehni çatışmazlıqla üzləşir.