İmtahandan qabaq qidanıza diqqət edin!

8 İyun 2012 19:10 (UTC+04:00)

Movqe.Az bildirir ki, İmtahanda mədə ağrısı, qəbzlik, qarında şişkinlik, qaz, ürək bulanması və daha da vacib olan diqqət dağınıqlığı yaşamamaq üçün son bir həftə əvvəl qidaya diqqət etmək lazımdır. Həkimlərin verdiyi xəbərə görə, şagirdlər son günlərdə xüsusilə qaz yaradan ərik və çiyələk kimi meyvələrdən və qazlı içkilərdən uzaq olmalıdırlar.

Şagirdlər bütün il boyu çalışıblar,dərsdən dərsə qaçıblar. Ancaq bütün il boyu çəkilən əziyyət kiçik bir qida səhvi ilə məhv ola bilər. Həkimlər, şagirdlərə imtahana bir neçə gün qalmış çöldən yemək yeməmələri mövzusunda xəbərdarlıq edirlər. "Xüsusilə toyuq və mayonez kimi istidə tez korlanan yeməkləri, çöldə əsla qəbul etməyin" deyirlər. Onların məsləhətinə görə, son günlərdə yüngül və yağsız qidanları qəbul etmək onların xeyrinədir. Çünki bir çox ərzaqın birlikdə olduğu, souslu ağır yeməklərlə qızartma kimi yağlılar bədənə narahatlıq verərək orqanizmə mənfi təsir edir.