Sony PlayStation 4 satış rəqəmləri açıqlandı

17 Fevral 2014 12:10 (UTC+04:00)

Ötən günlərdə NPD Group tərəfindən yayımlanan  hesabatda müvəffəqiyyəti aşkar olunan Sony , bu rəqəmləri istifadəçilərilə paylaşaraq PlayStation 4 satış rəqəmləri haqqında açıqlamalar verib.


Movqe.Az xəbər verir ki, Sony və Microsoftun yeni nəsil oyun konsolları "PlayStation 4" və "Xbox One"ın ABŞ-dakı satış rəqəmlərini araşdıran NPD 

"Group , bu hesabatını ötən günlərdə yayımlayıb və PlayStation 4-ün ABŞ-dakı satışlarındada Xbox One-ın daha uğurlu olduğunu qeyd edib.


NPD Group tərəfindən paylaşılan bu hesabatı istifadəçilərlə paylaşan Sony , PlayStation 4-ün tutduğu bu böyük müvəffəqiyyəti bir daha vurğulayıb. Sony-in yeni nəsil konsolu indiyə qədər satışa təqdim edildiyi ölkələrdə böyük maraq görüb , 22 fevralda digər əhəmiyyətli bazar olan Yaponiyada da satışa təqdim ediləcək.