Məcburi köçkünlərin köçürüləcəyi yeni ünvanlar-Özəl

17 Fevral 2014 15:33 (UTC+04:00)
Bu il məcburi köçkünlər üçün Sabunçu rayonunda 800 Pirallahı rayonunda 330 yaşayış kompleksləri salınacaq. Bu barədə Movqe.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri

üzrə Dövlət Komitəsindən məlumat verilib. Xəbərə görə, Mincəçevir şəhərində 1500 (birinci mərhələdə 594),Füzuli rayonunda 400, Sabirabad rayonunda 440, Qazax rayonunda 300, Beyləqan rayonunda 146 ailəlik yaşayış komplekslərinin salınması məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər davam etdirilir. Eləcə də 6 rayonda 2330 məcburi köçkün ailəsinin, o cümlədən Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230 (birinci mərhələdə 89), Ağdam rayonunda 632, Bərdə rayonunda 1700 (birinci mərhələdə 588), Göygöl rayonunda 600 və Beyləqan rayonunda 320 məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisinə başlanılıb.