Ayının rezinlə imtahanı

17 Fevral 2014 19:31 (UTC+04:00)

Çex Respublikasının paytaxtı Praqadakı zooparkın sakinlərindən olan bir ayı, tapdığı rezini özünə oyuncaq etdikdən sonra başına keçirib. Boynuna dolanan rezini çıxarmaq üçün uzun müddət vaxt sərf edən ayı nəhayət rezini başından çıxarmağı bacarıb. Ayının rezinlə mübarizəsi fotoqraf Stanley Dubin tərəfindən kadr-kadr göstərilib.