Hotel binası uçdu - 8 ölü, 70 yaralı

17 Fevral 2014 21:57 (UTC+04:00)
Movqe.az-ın xarici mətbuata istinadən xəbər verir ki, 17 fevralda Cənubi Koreyanın kurort şəhəri olan Kencu şəhərində otel binasının uçması nəticəsində ölənlərin sayı 8 - ə çatıb. 70 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Bu barədə Korea Herald dərgisi məlumat yayıb. Bu anlarda uçqun altında əlavə 15 nəfərin də qaldığı bildirilir. Hadisə universitetin birinci kurs tələbələrinin qəbulla bağlı bayram konserti zamanı baş verib. Uçqun zamanı tədbirdə 500 nəfər olub. Uçqunun qarın ağırlığı hesabına baş verdiyi ehtimal olunur. Xilasedicilərə 30 dəqiqə vaxt lazım olub ki, ziyan çəkənlərə yetişsinlər. Yaralıların evakuasiyasına və xilasetmə işlərinin sürətinə qarın həddən artıq çox olması maneçilik törədib.