Sərdar Ortacdan şok qərar !

18 Fevral 2014 10:34 (UTC+04:00)
Türkiyənin ən məşhur müğənni və bəstəkarlarından biri sənəti tərk etmək qərarına gəlib. Mövqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, müğənni artıq başqa işlər ilə məşğul olacağı barədə açıqlama verib. Lakin Sərdar Ortac səhnəyə sağol deməzdən əvvəl böyük konsert proqramı ilə çıxış edəcək. Müğənni heyranları ilə sağollaşdıqdan sonra səhnəni birdəfəlik tərk etmək qərarı verəcək. 

Qeyd edək ki, müğənni bu yaxında şəxsi həyatı və bundan sonra nə işlə məşğul olacağı barədə də geniş məlumat verəcəyini söyləyib.