Hansı məşhur oğlunu məcbur edir ki, musiqi təhsili alsın ?

18 Fevral 2014 11:05 (UTC+04:00)
Müğənni Rəşad İlyasovun oğlu istəməsə də musiqi dərsi alır. "Günəbaxan" verlişində bu barədə aparıcı İlqar Mikayıloğluna deyən Rəşad İlyasovun oğlu atasının təkidi ilə tar dərslərinə gedir. Mövqe.az xəbər verir ki, müğənni özü isə bu barədə belə açıqlama verib: 

" Oğlum tar dərsləri ilə yanaşı  futbola da gedir.  Əvvəl onu çox yüklədiyimi düşünsəm də, indi fikirləşirəm ki, küçədə boş-boş oynamaqdansa belə yaxşıdı. Dildə deyir ki, tara həvəsi yoxdu. Ancaq hərdən fikir verirəm ki, klassiklərimizə qulaq asır".