Bakı polisi 15 kiloqram narkotik maddəni dövriyyədən çıxarıb

9 İyun 2012 11:33 (UTC+04:00)
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. 

Məlumata görə, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Qurbanovdan 15 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb. 

Faktla bağlı araşdırma aparılır.