Etiraz aksiyaları başlayıb

9 İyun 2012 11:47 (UTC+04:00)
Kanadada tələbələrin kütləvi etiraz aksiyaları yenidən geniş vüsət alıb. Ən böyük şəhərdən olan Monrealda tələbələr bir neçə etiraz aksiyası keçiriblər. Tələbələrin etirazına səbəb isə təhsil haqqlarının artırılması planıdır. Etirazçıların ən böyük təhdidlərindən biri isə Formula-1 Qran Pri yarışlarına da maneə törədəcəklərini açıqlamasıdır.
Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Polis tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə ədib. Etirazlarda 39 nəfərin həbs edildiyi bildirirlər.

Qeyd edək ki, aksiyalara fevral ayından başlanılıb. Mütəxəssislər bu cür aksiyaların turizm sahəsinə ciddi zərbə vura biləcəyini söyləyirlər.