Rza Zərrab həbsxanadan xəstəxanaya aparılıb
18 Fevral 2014 21:07 (UTC+04:00)
Türkiyədə "17 dekabr" rüşvət əməliyyatı nəticəsində həbs edilən iş
adamı Rza Zərrab xəstəxanaya yerləşdirilib. ANS PRESS-in Türkiyə
mətbuatına istinadən verdiyi məlumata görə R.Zərrab xərçəng
xəstəliyindən müayinə olunmaq üçün xəstəxanaya aparılıb.Qeyd edək
ki, R.Zərrab həbs edilərkən istintaqa ifadəsində xərçəng xəstəsi
olduğunu bildirmişdi. Hətta Türkiyənin məşhur müğənnisi İbrahim
Tatlıses də iş adamının xəstə olduğunu təsdiq etmişdi. Xatırladaq
ki, Rza Zərrabın gecə xəstəxanada qalıb-qalmayacağı hələlik
bilinmir.