Gülər Əhmədovanın əfv xəbəri yalan çıxdı-Özəl

19 Fevral 2014 09:56 (UTC+04:00)

"Gülər Əhmədovanın əfv olunacağı ilə bağlı xəbərlər şayədir. Biz hələki Əfv Komissiyasına müraciət etməmişik".

Bu sözləri Movqe.az-a açıqlamasında sabiq deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. Ə. Talıbov bildirib ki, qaydaya görə, bunun üçün Komissiyaya müraciət olunmalıdır: "Bu xəbər hardan qaynaqlanır bilmirəm. Amma biz hələki Əfv Komissiyasına müraciət etməmişik. G. Əhmədovanın əfv olunması üçün Əfv Komissiyasına müarciət olunub-olunmayacağı isə hələki bəlli deyil".

Qeyd edək ki, "Azadlıq"a daxil olan məlumatlarda sabiq deputat Gülər Əhmədovanın əfv oluna biləcəyi barədə məlumatlar yer alıb.