Coca-Cola satışları azalıb

19 Fevral 2014 12:40 (UTC+04:00)

Coca-Cola son iki ildə ABŞ və Avropada satışlarının azaldığını açıqlayıb.

Movqe.Az xəbər verir ki, Coca Cola direktoru Muhtar Kent , " davam edən qlobal makroiqtisadi çətinliklərlə dolu" bir ili geridə qoyduqdan sonra Coca Colanın 2014-cü ildə "momentumu mühafizəsinin" arxasında olduğunu söyləyib.

 Məhsuldarlığını artırdığını və yenidən investisiya proqramını böyütdüyünü söyləyən şirkət , hədəfin 1 milyard dollara qənaət etmək olduğunu bildirib. Sözügedən qənaətin isə media investisiyalarında istifadə edilməsi planlanlaşdırılır.

 Kent , "Marketinq kapitalımızı , yenilikçi strategiyalarımızı daha da yaxşılaşdıracaq və böyümə üçün məhsuldarlığımızla yenidən investisiyalarımızı artıracağıq , " deyə bildirib.

 Şirkətdən edilən şərhdə bu il 2,5-3 milyard dollarlıq hissənin geri alınmasının da planlaşdırıldığını bildirib.

 Coca Cola dördüncü dörddəbirdə 1.71 milyard dollarlıq gəlirinin – hər hissəyə 38 sent düşdüyünü açıqlayıb. Bir il əvvəl isə bu rəqəm 1.87 milyard dollar idi.