“Röya və Aygün Kazımovanın davası bitməyib”

10 İyun 2012 12:59 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, xalq artisti Aygün Kazımova bu haqda ANS-ə məlumat verib. Müğənni verdiyi açıqlamada konfiliktin baş verməsinə Röya günahkardır deyə bildirib. 

"Birinci o başladı. Mənim arxamca danışaraq, münasibətimizi pozmaq istədi. Lakin bu ona azlıq etdi, Kamilə Babayevanın toyunda məni qəzəbləndirmək qərarına gəldi. Əvəzində də, mən ona qədəh atdım.

Qədəhi atmağıma səbəb isə, Röyanın mənə söyüş söyməsi oldu. Mən durub onun kimi söyüş söyə bilməzdim axı", - deyə A.Kazımova bildirib.

Aygün Kazımova qədəhin Röyaya dəymədiyini də, bildirdi.  

Türkan Nadirqızı

Movqe.Az