Ebru Gündəş fermasını da satışa çıxardı

19 Fevral 2014 13:15 (UTC+04:00)

Həyat yoldaşı Rza Zərrabın korrupsiya əməliyyatları çərçivəsində həbs olunmasından sonra Muratlı ərazisindəki fermasını satışa çıxaran Ebru Gündəş, alıcı tapa bilməyib. 


Heyvanları yeni ildən əvvəl satan Gündəş, torpağa 4 milyon TL qiymət dəyər demişdi.

Movqe.Az "Milliyyet"ə istinadən xəbər verir ki, 2009-cu ildə böyük qardaşı Çingiz Kumartaşlıoğlu ilə Tekirdağın Muratlı mahalı Kırkkepenekli kəndində qurduğu ferma üçün Çorlu mahalında olan xüsusi bir əmlak satış bürosu ilə razılaşan Ebru Gündəşin satışa çıxardığı fermasının sahəsi cəmi 70 kvadrat metrlik əraziyə malikdir.

Sakinlər ərazinin satılmasını Ebru Gündəşin başına gələn son hadisələrlə əlaqələndirib və bu qiymətin bahalı olduğunu söyləyib.