Saxta endirim kampaniyasının qarşısı alınıb

19 Fevral 2014 19:33 (UTC+04:00)

Bakıda növbəti saxta endirim kampaniyasının qarşısı alınıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev 50 ünvanında fiziki şəxs Abbaszadə Mais Çingiz oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, mağazanın pəncərəsində "Endirim 50%-60%" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar olunub.Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.Qanun pozuntusuna yol vermiş fiziki şəxs Abbaszadə Mais Çingiz oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.