İranın energetika nazirinin müavini: “Tehranla Naxçıvan Muxtar Respublikası arasında elektrik enerjisinin mübadiləsinə dair müzakirələr aparılır”

10 İyun 2012 12:13 (UTC+04:00)
İranla Naxçıvan Muxtar Respublikası arasında elektrik mübadiləsinə dair müzakirələr aparılır. APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın energetika nazirinin müavini Məhəmməd Behzad bildirib. O deyib ki, hazırda hər gün orta hesabla İrandan 1500 megavatt elektrik enerjisi qonşu ölkələrə ixrac edilir. İraq, Əfqanıstan, Türkiyə, Pakistan, Azərbaycan, Suriya və Livan İrandan elektrik enerjisi alır. Hazırda bəzi Mərkəzi Asiya ölkələri, həmçinin Ermənistan, Türkmənistan və Naxçıvan Muxtar Respublikası ilə elektrik enerjisinin mübadiləsinə dair danışıqlar aparılır. İran bəzi qonşu ölkələrdən elektrik enerjisi idxal edərək, Türkiyə və Avropa ölkələrinə tranzit imkanı yaratmaq istəyir".