Azərbaycanlı deputatlar vəhşi heyvanların əhatəsində (FOTO)
20 Fevral 2014 10:46 (UTC+04:00)
Azərbaycanlı millət vəkilləri Fazil Mustafa və
Azər Badamov Afrikaya səfər ediblər. Deputatlar Cənubi Afrika
respublikasında olublar. Milli məclisin nümayəndələri Afrikada
vəhşi heyvanları da siyarət ediblər. Fazil Mustafa vəhşi
heyvanların əhatəsində çəkdirdiyi fotoları sosial şəbəkədəki
səhifəsinə də yerləşdirib.
Movqe.az deputatların məcaralarını təqdim
edir. Deputat Yohannesburqu
mədəniyyətlərin qarşıdurması deyilən tezisin əsl təsdiqinin
görülməsi mümkün yer adlandırıb. F.Mustafa Afrika xatirələrini
bölüşüb. "Burada qəribə bir mənzərənin şahidi olursan. Saat 5-dən
sonra bütün irili-xırdalı mağazalar bağlanır. Bu saatdan sonra
eərzağı ancaq yanacaqdoldurma məntəqələrindəki kiçik mağazalardan
ala bilərsiz. Mağazaların erkən bağlanmasının birinci səbəbi
təhlükəsizlikdirsə, ikinci səbəbi şübhəsiz ki, tənbəllikdir. Şənbə
və bazar günləri işləməyi sevmirlər. Səhərdən-axşama qədər arı kimi
çalışan bizim ticarətçilərin qədrini burada daha yaxşı
bilirsən. Afrika həqiqətən dəyişir.
Bizim də Afrikaya baxışımız dəyişməlidir. Yaxşı olar ki, gələcəyin
Afrikasına cənubdan baxaq - Cənubi Afrikadan".