Kafedə fahişəxana aşkarlandı

20 Fevral 2014 13:56 (UTC+04:00)
Qaxda kafedə əxlaqsızlıq yuvası aşkar edilib Movqe.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qax Rayon Polis Şöbəsi əməkdaşları şəhər ərazisindəki kafedə əməliyyat tədbirləri həyata keçiriblər. Əməliyyat nəticəsində oranın sahibi Məhəmməd Bayramovun kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.