Ukrayna yas tutur

20 Fevral 2014 19:35 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyevdə 18 Fevralda nümayişçilər və polis qüvvələri arasında çıxan qarşıdurmada həyatını itirənlər üçün ölkədə yas tutulur.


 Hadisələrdə can itkisinin artması ilə prezident Viktor Yanukoviç, yayımladığı bir fərmanla 20 Fevral cümə axşamı gününü milli yas günü" elan etmişdi. 


Movqe.Az xəbər verir ki, ölkədəki ictimai təşkilatlar bu səbəblə Ukrayna bayrağını yarıya endirib. Həmçinin, ölkə daxilindəki; konsert, əyləncə və idman kimi tədbirlər ləğv edilib. Televiziya və radio proqramlarındkı əyləncə proqramları dəyişdirilib. 


Ukraynada 2013-cü ilin noyabrnda başlayan və uzun zamandır sakit davam edən tədbirlər, 18 Fevralda müxalifət partiyalarının 2004 konstitusiyasına yenidən keçişi nəzərdə tutan qanun təklifinin parlament başçısı tərəfindən rədd edilməsi ilə alovlanmışdı.


Baş verən hadisələrdə 24 saat ərzində 28 nəfər həlak olub, çox sayda insan yaralanıb.