Peyğəmbərə hörmətsizlik edən seriala qadağa
21 Fevral 2014 09:30 (UTC+04:00)
Türkiyənin "Samanyolu" telekanalında yayımlanan "Şefkat Tepe"
serialının çəkilişləri yasaqlandı. ANS PRESS-in xəbərinə görə,
Konya vilayət mərkəzi və rayonlarında serialın çəkilişi üçün
verilən icazə Konya valisi tərəfindən ləğv olunub. Bu qadağaya,
serialın 166-cı seriyasında nümayiş olunan İslam peyğəmbəri Həzrəti
Muhammədə (ƏS) qarşı hörmətsizlik səbəb kimi göstərilib. Bundan
başqa bildirilib ki, çəkilişlər təbii sərvətlərin mühafizəsi barədə
qanunun çərçivəsinə daxil olan məkanlara ziyan vurur. Həmçinin
bildirilib ki, bu yerlərdə təmizlik və restovrasiya işləri
aparılacaq. Xatırladaq ki, Türkiyənin "Samanyolu" kanalında
nümayiş olunan "Şefkat Tepe" serialının 166-cı seriyasında İslam
peyğəmbərinə qarşı hörmətsizlik nümayiş olunub.