62 yaşlı kişi ofisdə intihar etdi

21 Fevral 2014 10:45 (UTC+04:00)

Hadisə  Ötən gün Bakının Səbail rayonunda, daha dəqiq İçərişəhərdəki şirkətlərin birində intihar hadisəsi baş verib. Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsindən Ans press-ə verilən məlumata görə, hadisə İçərişəhərdə, Asəf Zeynallı küçəsi 37 ünvanında yerləşən "Caspian Geology" şirkətinin baş ofisində qeydə alınıb.


Belə ki, şirkətin işçisi 1952-ci il təvəllüdlü Saleh Əlipaşa oğlu Əliyev özünü xidməti otağında asıb. Onun meyidini şirkətin əməkdaşları tapıb. Hadisə ilə bağlı araşdırmalara başalnıb.


Faktla bağlı cinayət işi başlanıb.