Güləşçilərimiz Moskvada 6 medal qazandılar

21 Fevral 2014 10:52 (UTC+04:00)

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu B.M.Gureviçin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. 


Movqe.az-ın xəbərinə görə, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. 


Yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında Moskvaya 10 güləşçi yollanıb. Qızıl medalları yığmamıza 42-kq çəkidə güləşən Nofəl Babayev və 85 kq-da Soslan Fanziyev qazandırıb. Ən ağır çəkililərin yarışında Cavid Feyziyev (100 kq) yalnlz final görüşündə məğlub olub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə, Pərvin Abdullayev (46 kq), Bəxtiyar Muradov (54 kq) və Nicat Abdullayev (76 kq) əldə edib.