Plato teleskopu planet axtarışında

21 Fevral 2014 11:11 (UTC+04:00)

Avropa Kosmos Dairəsi (ESA) günəş sistemimizin kənarında minlərlə planet kəşf edə biləcək bir teleskopu 2024-ci ildə kosmosa göndərməyə qərar verib. 


ESA elm təşkilatının qərarına görə, Plato (Planetary Transits and Oscilliations) deyə adlandırılan teleskop 2024-ci ildə bir Soyuz raketiylə atılacaq. 


Movqe.Az xəbər verir ki, bu teleskop və ya rəsədxana fikrinə, illərlə çox sayda fərqli layihə təklifi araşdırıldıqdan sonra qərar verilib.


Layihənin həyata keçirilməsi ESA-ya ehtimalla 600 milyon avrodan bir az çox pula başa gələcək, lakin üzv ölkələrin vəsait və təchizat fəaliyyətləri də hesaba alındıqda bu büdcə 1 milyard avroya yaxınlaşmış olacaq. 


Kosmos alimləri indiyə qədər günəş sisteminin xaricində mini aşan planet kəşf edib, ancaq bunlardan heç biri ölçüləri və Yer kimi günəşə yaxınlıqları baxımından dünyaya bənzəmir. Platolun hədəfi isə bunu dəyişdirməkdir.