Bu da nəhəng tabletlər

21 Fevral 2014 11:59 (UTC+04:00)

Nəhəng sensorlu ekranlara yenisi əlavə olunub; Ideum və 3M-in ortaq məhsulu olan Windows və Android əsaslı nəhəng tabletlər nümayiş olunub.


Movqe.Az xəbər verir ki, stol, divar və ya ştativ şəklində fərqli modellərdə qarşımıza çıxan bu nəhəng həblərin ekran genişlikləri bu günün standart tablet ekran böyüklüyü olan 10.1 inçdən 3-4 dəfə  böyük bir quruluşa malikdir. 3M və Ideumun inkişaf etdirdiyi və 32-46 düymlük modelləri olan nəhəng həblər Platform 32 və Platform 46 adlarını daşıyır. 


Güclü təchizat xüsusiyyətləriylə də diqqət çəkən məhsullar 3.7 GHz Intel Core i7 prosessordan güc alır, 32 düymlük modeldə 1080p ekran var. 8 GB yaddaşla yanaşı 250 GB storage təqdim edən 32 düymlük modelin 42 düymlük olanda isə 500 GB yığma sahəsi var və 1080p ekran dəqiqliyilə dəstəklənir. 


Başlanğıc modelinin qiyməti isə 6950 dollara çatır.