Movqe.az xəbər verir ki, yüzillər boyu insanlar təbiətin onlara bəxş etdiyi yabani meyvələrin toxumlarından yetişdirərək onlardan müxtəlif görünüşlü bəhərlər əldə ediblər. Təqdim edəcəyimiz fotolentdə bunu aydın görmək mümkündür:
1. "Plout", "plumcot", "aprium"
"Plout", "plumcot", "aprium" adlı meyvələr Amerika gavalılarının bir növüdür. Yarısı gavalı, yarısı ərik olan bu gavalıları ilk dəfə tanınmış bioloq Luzer Burbank tərəfindən yaradılıb.
2."Buddanın əli" adlı sitrus meyvəsinin vətəni şimal-şərqi Hindistan ,yaxud Çindir. Bu meyvə uzun müddət Çində mədə pozğunluqları, boğaz ağrısı kimi xəstəliklərin müalicəsində istifadə edilib.
3."Durian"
Bu meyvənin vətəni cənub-şərqi Asiyadır. Bu meyvənin kəskin aroması var. Üzəri tikanlı olduğu üçün onu yemək də çətindir. Onu ən çox yeməyi sevən Malaziyalılar meyvəyə "kral meyvəsi" adını veriblər. Onun ləti əla növ fransız pendirinə bənzəyir.
4.Avstraliya cökəsi
Bu meyvə yaşıl balıq kürüsünə bənzəyir.Onların rəngləri müxtəlifdir, qara, narıncı, sarı və çəhrayı.
5.Qəribə giləmeyvə
Bu meyvə Qərbi Afrikanın Qana bölgəsində yetişir. Onun dadı turşdur.