Fransız akademik Deskoinqs Nyu-York mehmanxanasında ölü tapılıb

6 Aprel 2012 01:26 (UTC+04:00)

Polisin verdiyi məlumata görə, Fransanın ən nüfuzlu akademik müəssisələrindən birinin başçısı Nyu-Yorkda mehmanxananın otağında ölü tapılıb. Paris Siyasi Elmlər İnstitutunun direktoru 53 yaşlı Riçard Deskoinqsın bədəni Menhettendə qaldığı Mikelancelo otelində tapılıb. Onun portativ komputeri və mobil telefonu üçüncü mərtəbənin çıxışında tapılıb. Polisin verdiyi məlumata görə, cinayətlə bağlı hələ heç bir dəlil yoxdur, araşdırmalar gedir. Müstəntiqlər ölüm səbəbini müəyyən etmək üçün tibbi ekspertizanın nəticəsini gözləyirlər.


Yusifova Ziba