Ukraynada son vəziyyət

23 Fevral 2014 14:24 (UTC+04:00)

Minlərlə nümayişçi Kiyevin mərkəzində qalaraq Ukraynada yeni hökümətin yaradılması üçün danışıqların başlamasını gözləyir. Bu haqda Movqe.Az BBC-yə istinad edir. 

Azadlıq Meydanında isə isə nisbi sakitlik hökm sürür. Bunun səbəbi isə Yanukoviçin hakimiyyətdən getməsi xəbərləridir.

Onun əsas rəqibi keçmiş Xarici İşlər Naziri Yulia Timoşenko isə azadlıqdadır.

Müxalif deputatlar Ukrayna televiziyası vasitəsilə yeni kabinetin yaradılması və baş nazirin təyin olunması məsələsini müzakirə edib.

Müxalif lider Vitali Klitschko "Çox vaxtımız yoxdur. Bu gün yeni başlanğıc etməliyik" deyib.

Şənbə günü azadlığa buraxılan Timoşenko isə etirazçılara nümayişləri davam etdirmələrini söyləyib.  


Ukrayna prezidenti Viktor Yanukoviçin Xarkovda sabiq baş nazir Yulia Timoşenko ilə görüşdüyü iddia edililb. Görüşün xanım Timoşenko həbsdən azad olunandan öncə baş tutduğu iddia edilir.

İnterfaksın xəbərinə görə isə, görüş şənbə günü səhər saatlarında keçirilib. Mitrofanovun sözlərinə görə, məlumatı ona Regionlar partiyasının məsul şəxsi verib.

Görüşün həqiqətən olub-olmadığını Timoşenko və onun yaxın ətrafı nə təsdiqləyib, nə də təkzib edib.

Ölkənin şərqindəki Xarkovda yerli bir televiziya kanalına şərh verən Yanukoviç isə yaşananları zərbəyə bənzədib. Məclis Başçısı Vladimir Ribakın hücuma uğradığını, lideri olduğu Regionlar Partiyasından vəkilləri də təhdidlər səbəbiylə onu tərk etdiyini deyən Yanukoviç, Ukraynada bir zərbənin yaşandığını söyləyib. Yanukoviç "Mən qanuni dövlət başçısıyam, istefa etməyəcəyəm" deyib. Ukrayna Parlamenti bu şərhin ardından etdiyi səsverməylə Yanukoviçi başçılıqdan azad etmişdi. Səs verməyə qatılan 328 vəkilin hamısının Yanukoviç azledilmesi istiqamətində səs verməsi diqqət çəkib. 25 Mayda erkən seçki edilməsinə qərar verilib.