Qızını yemək yedikləri məkanda unutdu

11 İyun 2012 15:44 (UTC+04:00)
Mövqe.AzTelegraph.co.uk saytına istinadən xəbər verir ki, Devid və Samanta Kameron 8 yaşlı qızı Nensini ailə tanışları ilə birlikdə qəlyanaltı etdikləri məkanda unutdu. Baş nazir Devid, yoldaşı Samanta, 3 uşağı və onlarla gələn iki ailə maşınlarına minib yola düşüblər.Baş nazir ele başa düşüb ki, Nensi maşında anasının yanındadır. Samanta Kameron isə qızının atasının yanında oturduğunu zənn edib.

Avtomobillə həmin məkandan uzaqlaşdıqdan sonra onlar Nensinin maşında olmadığını görüblər. Baş nazir dərhal həmin məkana zəng edərək qızının orada tək qaldığını bildirib.