Prezident eynicinslilərin əleyhinə qanun imzalayacaq

24 Fevral 2014 12:02 (UTC+04:00)

Uqanda Prezidenti eynicinslilərə ağır cəzalar nəzərdə tutan qanunu imzalamağa hazırlaşır. Bu haqda Movqe.Az "the guardian"a istinad edir.  Uqanda Media Mərkəzinin xəbərinə görə, prezident Yoveri Museveni yerli vaxtla saat  11 radələrində müqaviləni imzalayacaq. Hələlik Museveni qərb dövlətlərinin təzyiqi ilə layihəni imzalamayıb. O, qanun layihəsini imzalamaq üçün ABŞ alimlərilə görüşəcəyini,eynicinsliliyin həqiqətən də, genetik olub-olmadığını müzakirə edəcəyini söyləyib. Eynicinsliliyin qanunsuz olduğu ölkədə qanun layihəsi sağçı qruplar tərəfindən drakon qanunu (qəddar qanun) adlandırılıb. Qanun layihəsi eynicinslilərə birinci dəfə 14 il həbs verir, bəzi eynicinli fəaliyyətlərində isə ölüm cəzası nəzərdə tutur.  ABŞ Prezidenti Barak Obama isə Museviyə müqaviləni imzalasa ABŞla əlaqələrinin pozulacağını deyib.