Aktrisa böyük bir müvəffəqiyyət əldə etdi

25 Fevral 2014 11:43 (UTC+04:00)

" Öylə bir keçər zaman ki'' filmində "Karolina"obrazı ilə böyük şöhrət əldə edən almaniyalı  aktrisa Vilma Elles  böyük bir müvəffəqiyyətə imza ata bilib. Mövqe.az xarici mətbuata istinadən xəbər verir ki, '' Dead Life'' filminin çəkilişlərinə görə, bir müddətdir ki, Los Angelesdə qalan aktrisa nəhayət ki, İstanbula dönüb. Hollivud filmində oynadığı üçün böyük bir sevinc yaşadığını söyləyən Elles fikirlərini Tvitterdə paylaşıb : " Allaha şükürlər olsun. Nə şanslıyam mən".


Xatırladaq ki, aktrisa filmə çəkilməklə yanaşı, Los Angelesdə 2 ay aktyorluq təhsili də alıb.