Yastıq “döyüşü”

11 İyun 2012 17:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiyanın mədəniyyət mərkəzi Sant Peterburqda gənclər yastıq savaşı edib. Yüzlərlə yastığın havada uçuşduğu döyüşün sonunda polis 10 nəfəri nəzarətə götürüb. Gənclər internetdə qurduqları qrup vasitəsilə Morskaya pola meydanında görüşüblər. Meydana toplaşan yüzlərlə gənc əllərindəki yastıqları bir-birilərinə atmağa başlayıb. Yastıq döyüşünün sonunda10 nəfər "mitinq qaydalarını pozmaq " ittihamı ilə nəzarət altına alınıb. Axşam saatlarında mövzuyla əlaqədar şərh söyləyən polis nəzarət altına alınan şəxslərin sərbəst buraxıldığını deyib.