Movqe.Az bildirir ki, Miqrenin ən məşhur növü ilə əlaqəli yeni 4 gen təyin olunub.
Avstraliyalı və avropalı elm adamları, aurasız miqreni (sadə miqren) olan 4 min 800 adamın gen xəritəsini çıxarıb. Bu insanların genləri miqreni olmayan 7 min insanla müqayisə edilib.
Miqreni olan xəstələrdə 4 gendəki mutasiyaya digər qrupdakılarda rast gəlinməyib.
Araşdırma "Nature Genetics" jurnalında nəşr olunub.
Elm adamları, araşdırma nəticələrinin miqrenin daha yaxşı müalicə edilməsinə kömək olacağını güman edirlər.