Avropa birjalarında İspaniya dopingi

11 İyun 2012 18:19 (UTC+04:00)

Movqe.az saytı xəbər verir ki, Avro Bölgəsinin İspaniyaya 100 milyard avroluq xilasetmə paketini təsdiqləməsi Avropa birjalarının gələn həftəyə yüksəlişini təmin edib.

Yardım miqdarının gözləniləndən çox olmasının bazarlarda müsbət qarşılandığı bildirilir.

Avropa birjalarının bazar ertəsi açılış seansındakı yüksəliş nisbətləri belədir:

Madrid Birjası: 6%

Paris Birjası: 1,98%

Frankfurt Birjası: 2,42%

Milano Birjası: 2,10%

Londra Birjası: 1,7%

İspaniyada bankçılıq böhranını tətikləyən Bankianın Madrid birjasında icra olunan hissələrinin 18 faizi nisbətində dəyər qazandığı bildirilib.

Beynəlxalq Valyuta Fondu (IMF) xilas paketinin İspan bankalarını sabitliyə qovuşdurmaq üçün yetərli olacağı fikirindədir.