Cennifer Lopezin gənc sevgilisi ona sürpriz edib
11 İyun 2012 18:23 (UTC+04:00)
Mövqe.AzAmerika mətbuatına istinadən xəbər
verir ki, Cenifer Lopezə sevgisini sübut edən Kasper Smart
bədənində tatu ilə Lopezin adını yazdırıb. Xatırladaq ki, Cenifer
Lopezin 24 yaşlı sevgilisi rəqqas kimi gecə klubunda işləyir və
dünya ulduzlarının rəqs şoularını hazırlayır. 43 yaşlı Lopez də
Kasperlə birgə iş zamanı tanış olub. Kasper bütün boş vaxtlarını
Ceniferlə keçirir. Kasperin anası oğlunun Cennifer Lopezlə olan
münasibətini dəstəkləyir. Kasperin Smartın anası sosial şəbəkələrin
birində özünü hətta "Sean Lopez" adlandırıb.