İranlı qadınlara futbol qadağası

11 İyun 2012 18:46 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, polis rəsmilərinin verdiyi açıqlamaya görə, iranlı qadınların, canlı olaraq açıq ekranlardan yayımlanan "Avro 2012" matçlarını, kişilərlə birlikdə seyr etmələri qadağan edilib.

Rəsmilər bu qərarın səbəbinin kişilərin səs-küy saldıqlarını, kobud rəftar etməsi ilə bağlı olduğunu deyirlər.

ISNA xəbər agentliyinin bildirdiyinə görə, İranlı ali mühafizə qurumunun rəsmi nümayəndəsiBahman Kargar, "Qadın və kişilərin bir yerdə oturaraq matç izləmələri əlverişsizdir" deyib.

"Kişilər futbol seyr edərkən həyəcanlanır və bəzən söyə bilir ya da murdar zarafatlar edə bilir" deyən Kargar, "Bu, qadınların kişilərlə futbol izləməyə layiq olmamasıyla əlaqədar bir şey deyil. Qadınlar polisə (bu qərar üçün) təşəkkür etməlidir" açıqlamasını verib.

Futbol azarkeşi İranlılar üçün, Polşa və Ukraynada reallaşdırılan "Avro 2012" qarşılaşmaları dövlət televiziyası tərəfindən yayımlanır.

Bundan əvvəlki illərdə İranlılar, cüt olaraq və ya ailələriylə birlikdə kino salonlarında matç izləyə bilirdilər.