Nobel mükafatlarının həcmi 20 faiz azaldı
12 İyun 2012 11:42 (UTC+04:00)
Lent.az-ın BBC-yə istinadən verdiyi
məlumata görə, bu barədə Nobel Fondunun Direktorlar Şurası iyunun
11-də qərar qəbul edib.
Nobel mükafatının həcmi 20 faiz
azalacaq. Beləliklə, gələcəkdə
Nobel mükafatçıları 1,4 milyon dollar deyil, 1,1 milyon dollar
alacaqlar. Direktorlar Şurası bu qərarı iqtisadi böhranla izah
ediblər. Son illər dünya iqtisadiyyatındakı problemlərlə əlaqədar
Nobel Komitəsinin fəaliyyəti ilə bağlı xərclər və laureatlara
ödənilən mükafatların həcmi kapital qoyuluşundan əldə olunan
gəlirləri ötüb. Buna görə Direktorlar Şurası mükafatın təqdim
edilməsi ilə bağlı keçirilən təntənəli mərasim üçün xərcləri də
məhdudlaşdırmağa qərar verib.