Bakıda yaşayış evində baş verən yanğında ana və qızı ölüb

1 Mart 2014 10:09 (UTC+04:00)

Movqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin 1 otağının döşəməsi 2 kv.m sahədə, 1 ədəd divan və 1 ədəd kreslo yanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.