Fransa güclü qasırğaların cənginə keçib

1 Mart 2014 11:14 (UTC+04:00)
Fransa son bir neçə həftədə artıq 3-cü dəfədir ki, güclü qasırğa ilə üzləşir. Ötən gün ölkənin milli meteorologiya xidməti növbəti dəfə kəskin hava şəraitinin olacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib. Əsasən, ölkənin qərb bölgəsində güclü küləklərin əsəcəyi, sahildə hündür dalğaların müşahidə olunacağı proqnozlaşdırılır. Vəziyyətlə əlaqədar balıqçılara da ciddi xəbərdarlıq edilib.

Bir müddət əvvəl Qərbi Avropada hakim olan mövsimi siklonlar Böyük Britaniya, Fransa, İspaniya və Portuqaliyada daşqınlara və güclü küləklərə səbəb olmuş, daşqınların törətdiyi fəsadlar nəticəsində 20-ə yaxın insan ölmüşdü.