BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi
1 Mart 2014 11:04 (UTC+04:00)
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası Ukraynanın ərazi
bütövlüyünü müdafiə edib.Movqe.az-ın Ukrayna mediasına istinadən
verdiyi məlumata görə, bu açıqlamasında BMT-nin Təhlükəsizlik
Şurasında Litvanın daimi nümayəndəsinin müavini Rita Kazraqiene
deyib.O bildirib ki, Təhlükəsizlik Şurası tərəfləri siyasi dialoqa
çağırıb və Budapeşt memorandumu daxil olmaqla, beynəlxalq sazişlərə
əməl olunmasının vacibliyini qeyd edib: "Təhlükəsizlik Şurası
Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini
bildirərək tərəfləri münaqişəni siyasi yolla nizama salmağa
çağırıb".Xatırladaq ki, Ukraynada "Maydan" hərəkatının qələbəsindən
sonra ölkəni tərk edən prezident Viktor Yanukoviçin barəsində ölkə
parlamenti impiçment qərarı çıxarıb və o vəzifəsindən
uzaqlaşdırılıb. Bundan sonra Rusiya Ukraynaya təzyiqi artıraraq,
Krım Muxtar Respublikasının Ukraynanın tərkibindən çıxarılması və
Rusiyaya birləşdirilməsi məqsədilə yerli yarmadaya qoşun çıxarıb.
Hazırda Krımın bütün strateji dövlət obyektləri özünümüdafiə
dəstələri adı altında Rusiyanın Qara dənizdəki Hərbi Dəniz
Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən ələ keçirilib.
Yarmadanı İkrayna ilə birləşdirən bütün yollarda barrikadalar
qurulub.Krım parlamenti isə rus hərbi birləşmələrinin təzyiqi ilə
mayın 25-də muxtar respublikanın Ukraynanın tərkibində
qalıb-qalmaması ilə bağlı referendumun keçirilməsinə dair qərar
qəbul edib.