Avropa ölkələri də Rusiyaya xəbərdarlıq etdi
1 Mart 2014 11:25 (UTC+04:00)
Avropa ittifaqının daha 3 ölkəsi Krımdakı gərginliyə görə
narahatlıqlarını açıqlayıb.
Almaniya, Fransa və Polşa Krımdakı gərginliyə görə narahat
olduqlarını və Ukraynanın ərazi bütövlüyünün qorunması lazım
olduğunu bildiriblər.
Almaniya xarici işlər naziri Frank Volter Ştaynmeyer, Fransa xarici
işlər naziri Fabius Loren və Polşa xarici işlər naziri Radoslav
Sikorski verdikləri ortaq açıqlamada Ukraynanın suverenliyi və
ərazi bütövlüyünə toxunulmamalı olduğunu vuğulayıblar.
"Ölkənin şərqindəki gərginliyin azaldılması və tərəflər arasında
sülh dialoqunun aparılması üçün addımlar atılmalıdır. Ukraynanın
suverenliyi və ərazi bütövlüyünə dəstəyimizi təkrar bildiririk.
Ukraynadakı bütün aktyorları təhlükəli hərəkətlərdən qaçınmalarına
çağırırıq" -deyə açıqlamada bildirilib.
Açıqlamada həmçinin müvəqqəti hökumətin sınaq keçdiyi deyilib. Belə
ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılacağı, korrupsiyaya
qarşı mübarizə aparılacağı halda, bütün demokratik dəyərlər öz
yerini tapacaq.